Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən müvafiq tədbirlər görülür.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, TƏBİB-in İcraçı direktorunun müvafiq əmrinə uyğun olaraq hazırda TƏBİB-in tabeliyindəki perinatal mərkəzlərin dəyərləndirilməsi aidiyyəti üzrə komissiya tərəfindən həyata keçirilir:
"Artıq Quba və Şəki perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib. Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək".