Bank Of Baku

ANAMA-nın "qaynar xətt"i istifadəyə verilib

ANAMA-nın "qaynar xətt"i istifadəyə verilib
# 03 noyabr 2022 13:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) "qaynar xətt" xidməti istifadəyə verilib.

Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR