Ötən il Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar olunan karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 436 bildiriş göndərilib.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, Rusiyaya 295, İrana 57, Gürcüstana 41, Türkiyəyə 20, Ukraynaya 10, Belarusa 6, Qazaxıstana 5, Niderland və İtaliyaya 1 bildiriş verilib.