Qida məhsullarənın daşınması və çatdırılması qida zəncirinin əsas halqalarından biridir.
APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, pandemiya dövründə xüsusən bu sahə təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində geniş vüsət almağa başlayıb və ölkəmizdə də qida məhsullarının daşınması, çatdırılması üçün çox sayda şirkətlər yetişib:
"AQTA-nın həmin şirkətlərdən ən vacib tələbi odur ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qursunlar. Bütün dünyada olduğu kimi bizdə də bu sahə standartlara cavab verməli, isti və soyuq zəncir prinsipinə riayət edilməli, qida və qeyri-qida məhsulları birgə daşınmamalı və qonşuluq prinsipinə riayət olunmalıdır.
Həmçinin həmin şirkətlərin işçiləri tibbi müayinələrdən keçməli, istifadə etdikləri qida boksları standartlara uyğun olmalıdır".