"Gələcək illərdə informatikaya dair kurrikulum, proqram və dərsliklərin yenilənməsi nəzərdə tutulub".
Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
O bildirib ki, informatika üzrə hazırda "Rəqəmsal bacarıqlar" adlı böyük bir layihə həyata keçirilir.
"Yeniliklər "Rəqəmsal bacarıqlar" layihəsi əsasında da ola bilər. Biz Dövlət İmtahan Mərkəzi ilə mütəmadi olaraq görüşlər keçiririk. Aramızda çox yaxşı əməkdaşlıq var. İstər ingilis dili, istər informatika, istərsə də digər fənlərlə bağlı imtahanlara salınacaq suallar müzakirə edilir. Düşünürəm ki, informatika fənni ilə bağlı da heç bir problem olmayacaq".
Xatırladaq ki, növbəti ildən informatika seçmə fənn kimi qəbul imtahanlarına salınacaq.