Bank Of Baku

Artıq ödənilmiş əmək pensiyasının tutulması qaydası müəyyənləşib

Artıq ödənilmiş əmək pensiyasının tutulması qaydası müəyyənləşib
# 25 iyun 2023 17:24 (UTC +04:00)

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 793-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR