Bank Of Baku

Aşura ilə bağlı saat 18:00-dək qan verənlərin sayı açıqlanıb - YENİLƏNİB-1

Aşura ilə bağlı saat 18:00-dək qan verənlərin sayı açıqlanıb  - YENİLƏNİB-1
# 28 iyul 2023 18:05 (UTC +04:00)

Qanvermə aksiyası ilə bağlı saat 18:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən qanvermə aksiyası keçirilir.

Saat 18:00 kimi olan məlumata əsasən, ümumilikdə respublika üzrə 1787 nəfər qan verib.

***

16:01

Qanvermə aksiyası ilə bağlı saat 16:00 olan məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən mılumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirdiyi könüllü qanvermə aksiyasında saat 16:00 kimi 1699 nəfər qan verib: (1210 nəfər paytaxt üzrə, 489 nəfər regionlar üzrə).

***

13:13

Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar könüllü qanvermə aksiyası davam etdirir.

Saat 12:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 nəfər qan verib (Bakı üzrə 630, regionlarda üzrə 255).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR