Bank Of Baku

Azad edilmiş ərazilərdə BQXK ilə birgə 6 məzar yerində ekshumasiya həyata keçiriləcək

Azad edilmiş ərazilərdə BQXK ilə birgə 6 məzar yerində ekshumasiya həyata keçiriləcək
# 30 avqust 2022 11:06 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihə həyata keçiriləcək.

APA-nın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

İsmayıl Axundov deyib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR