Bank Of Baku

Azad edilmiş ərazilərdə tikinti-bərpa işləri zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb 

Azad edilmiş ərazilərdə tikinti-bərpa işləri zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb 
# 30 avqust 2022 12:38 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı indiyə qədər aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb.

APA-nın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı 18 müxtəlif yerdə ən azı 29 şəxsə aid meyit qalıqları aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR