Bank Of Baku

Azad olunan ərazilərdəki təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı məlumat açıqlanıb

Azad olunan ərazilərdəki təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı məlumat açıqlanıb
# 12 sentyabr 2023 14:59 (UTC +04:00)

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin tikinti və təmir işləri ilə bağlı son vəziyyət açıqlanıb.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlanma işləri aparılır.

Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı son tamamlanma işləri görülür.

Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbində tikinti işləri aparılır.

Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri görülür.

Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir.

Zəngilan və Kəlbəcər şəhərlərindəki 960 yerlik tam orta məktəblərdə tikinti işlərinə hazırlıq gedir. Qubadlıda 600 yerlik tam orta məktəbdə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq.

Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında, Füzuli peşə liseyində tikintiyə hazırlıq gedir.

Ağdam şəhəri 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasında, Ağdam şəhəri 2 nömrəli 960 yerlik tam orta məktəbdə, Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR