Bank Of Baku

Azad olunmuş ərazilərdə 5 avtomat hidroloji stansiya inşa ediləcək

Azad olunmuş ərazilərdə 5 avtomat hidroloji stansiya inşa ediləcək
# 28 oktyabr 2022 11:12 (UTC +04:00)

2023-2026-cı illər ərzində ölkə ərazisində daha 15 avtomat hidroloji stansiya quraşdırılacaq.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsinin müdiri Əkbər Əsgərov deyib.

O bildirib ki, bunlardan 5-i işğaldan azad olunmuş ərazilərdə inşa ediləcək:

"Həmçinin 2023-2026-cı illərdə ölkə üzrə 22 meteroloji stansiya quraşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə isə 4 meteoroloji stansiya bərpa olunacaq. Qeyd edim ki, işğaldan əvvəl bu ərazilərdə 9 stansiyamız olub, lakin onların hamısı ermənilər tərəfindən dağıdılıb. Biz onların yerində daha müasir stansiyaların qurulmasına başlamışıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR