Bank Of Baku

Azad olunmuş ərazilərdə 8 peşə məktəbi açılacaq

Azad olunmuş ərazilərdə 8 peşə məktəbi açılacaq
# 17 mart 2023 11:18 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə 8 peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

Direktor müavini qeyd edib ki, növbəti 5 il ərzində ölkənin bütün ərazilərində inkişaf etmiş peşə təhsili müəssisələrinin sayı artacaq: “Bütün bu planlarla bağlı müvafiq işlər görülür”.

Ceyhun Kərəmov onu da bildirib ki, bu il Cəlilabad rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.

Direktor əvəzi, peşə təhsilinə yüksək diqqət göstərildiyini, növbəti illərdə Lənkəran şəhəri və Quba rayonunda yeni mərkəzlərin qurulacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR