Azad olunmuş ərazilərdə mobil hospitalların saxlanma xərcləri məlum olub.
APA xəbər verir ki, bu, İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsində əksini tapıb.
Gələn ilin bunun üçün 4 milyon manat ayrılacaq.
Həmçinin azad olunmuş ərazilərdə mobil hospitalların tikintisi, quraşdırılması və zəruri avadanlıqlarla təchizatı üçün 1 milyon manat xərclənəcək.