Bank Of Baku

Azad olunmuş ərazilərdə tinglərin əkilməsi üçün yerlər müəyyənləşdiriləcək

Azad olunmuş ərazilərdə tinglərin əkilməsi üçün yerlər müəyyənləşdiriləcək
# 28 oktyabr 2022 15:20 (UTC +04:00)

"Hazırda 500 minə yaxın zeytun tingimiz var".

APA xəbər verir ki “Yaşıllaşdırma və landşaf quruluşu” ASC-nin sədri Ramiq Əşrəfov deyib.

O bildirib ki, əvvəl zeytun tingləri Türkiyədən alınırdı:

"Lakin 2014-cü ildən bəri özümüz yetişdiririk. Hazırda Türkiyə və ispan sortu olan tinglərimiz var. Həmçinin yerli sortlarımız da yetişdirilir. Zeytun və digər ağac tinglərinin satışı 2,50 manatdan 6-7 manata qədər dəyişir. Bu, ağacın cinsindən, qablaşdırmasından və boyundan asılıdır".

O eyni zamanda qeyd edilib ki, azad olunmuş ərazilərdə zeytun, şərq çinarı, eldar şamı, sərv, dağdağan, akasiya tingləri əkiləcək:

“Bunun üçün yerlər müəyyənləşdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR