Bank Of Baku

Azad olunmuş ərazilərin 50 min hektarında topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib

Azad olunmuş ərazilərin 50 min hektarında topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib
# 04 noyabr 2023 10:21 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib.

APA xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub:

“İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilmiş, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilmiş və bu işlərə başlanılmışdır. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib”.

Nazir qeyd edib ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda iri miqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır:

“Mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR