Bank Of Baku

Azərbaycan 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır

Azərbaycan 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır
# 01 noyabr 2023 21:02 (UTC +04:00)

Azərbaycanda su ehtiyatlarının həm mövsümi, həm də məkan baxımından qeyri-bərabər paylanması səbəbilə su təchizatında bir sıra problemlər yaranıb.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağıdır və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlanır.

Gələcək onilliklərdə Azərbaycan Respublikasında yağıntıların proqnozlaşdırılan səviyyələri ilə bağlı qeyri-müəyyənlik olsa da, temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının azalmasına, buzlaqların daha sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər.

Eyni zamanda su qıtlığı Azərbaycan Respublikasının müəyyən bölgələrində əkin məhsuldarlığına da mənfi təsir göstərir.

BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycan da su təchizatı 23 faiz azalacaq. Eyni zamanda Azərbaycan Respublikasının 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır. Sözügedən hesabata əsasən optimist ssenari üzrə Azərbaycan Respublikasının su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaqdır. Bütün bu qeyd edilən amillər su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR