Bank Of Baku

Azərbaycan Müəllim İnkişaf Mərkəzi növbəti Cambridge CELTA Kursuna start verib

Azərbaycan Müəllim İnkişaf Mərkəzi növbəti Cambridge CELTA Kursuna start verib
# 03 iyul 2023 11:50 (UTC +04:00)

Cambridge Assessment English təşkilatının tərəfdaşı olaraq AMİM mütəmadi olaraq ingilis dili mütəxəssisləri üçün ali sertifikasiya proqramlarını davam etdirir. Hər il olduğu kimi bu il də AMİM dünyada ən yüksək ingilis dili Sertifikasiya proqramı olan CELTA proqramına start verib.

APA xəbər verir ki, proqramda 18 yerli ingilis dili müəlliminə üç Cambridge mütəxəssisi təlim keçəcək. Proqram bir ay ərzində davam edəcək və proqramın sonunda iştirakçılara Cambridge Beynəlxalq Sertifikatı təqdim olunacaq.

CELTA (Certificate of English Language Teaching to Adults) dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan sertifikasiya proqramıdır. CELTA sertifikasiya proqramı Britaniyanın Cambridge Assessment English təşkilatının ingilis dilini tədris edənlər üçün əsas məhsullarından biri olaraq yüksək keyfiyyətli və effektiv proqram hesab olunur. Hər il dünyada 10.000-dən çox mütəxəssis CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir.

CELTA bütün dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tələb olunan kvalifikasiyadır. Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təliminə Cambridge Assessment English tərəfindən nəzarət olunur. CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur. Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standardlarına əsasən təşkil olunur. CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.

CELTA Kursunun Strukturu Təlimin kursu aşağıdakı istiqamətləri əhatə edir:

Müəllim və tələbə, tədris və öyrənmə konteksti, dilin analizi və dil barəsində məlumatlılıq, dil bilikləri: oxu, dinləmə, yazı və danışıq, müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr.

CELTA kursu dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barəsində məlumatlandırır, ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir, ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır, dərs keçmək və qiymətləndirmək məqsədilə istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir, öz peşəkar sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradır.

Bütün dünyada təhsil sahəsində işə götürənlər arasında CELTA sertifikatı ən yüksək dəyərləndirilən kvalifikasiyalardan biridir. Statistikaya görə, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində

CELTA tələb olunur. Xüsusi olaraq vurğulamaq olar ki, Birləşmiş Krallıqda işə götürənlərin ən azı 90 faizi onlarla çalışan müəllimlərdən CELTA-ya yiyələnməyi tələb edir.

Növbəti Proqrama qeydiyyata alınmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür:

WhatsApp: +0099450 2901695

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR