Bank Of Baku

Azərbaycan və Naxçıvan MR Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib

Azərbaycan  və Naxçıvan MR Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib
# 05 noyabr 2023 18:53 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2023-cü il noyabrın 5-də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 294 namizəd qeydiyyatdan keçib. 10 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 284 namizəddən 68 nəfər uğur qazanaraq növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR