Bank Of Baku

Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair qaydaların pozulmasına görə yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair qaydaların pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
# 14 iyul 2023 12:18 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına, yəni:

- “İcazə” blankının doldurulması zamanı məlumatların pozulmasına, təhrif olunmasına və yenidən yazılmasına;

- “İcazə” blankının başqa şəxslərə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi üç min manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən isə, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə yüz manat məbləğində cərimə edilir.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə əlli manat məbləğində cərimə edilir.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR