Bank Of Baku

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 22 iyun 2023 22:29 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 973, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884049, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 394, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 275 nəfər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR