Bank Of Baku

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
# 22 avqust 2022 16:32 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9 793 nəfər vəfat edib, aktiv xəstə sayı 3 698 nəfərdir.

Ölkədə son sutka ərzində 2 280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR