Bank Of Baku

Azərbaycanda daha 585 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Azərbaycanda daha 585 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
# 21 avqust 2022 17:06 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9 785 nəfər vəfat edib, aktiv xəstə sayı 3 674 nəfərdir.

Ölkədə son sutka ərzində 3 700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR