Son beş ilin statistikasına baxanda Azərbaycandan bizim təlimlərimizə az sayda müraciətin olduğunu görürük.
APA xəbər verir ki, bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleyb deyib.
"Daha dəqiq desəm, Azərbaycandan son beş ildə yalnız 862 nəfər təlimlərimizdə qoşulub. Bu da çox az rəqəmdir. Mən səfərdə ikən, bir daha bu cür təlimlərə qoşulmağın vacibliyini diqqətə çatdırmaq istəyirəm. Bu yöndə təbliğat işlərinin aparılmasının yaxşı nəticələr verəcəyinə inanıram", - o əlavə edib.
Direktor müavini bunun üçün təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib.
"Azərbaycanda Əqli Mülkiyyət Təlim Mərkəzi yoxdur. Hesab edirəm ki, bu mərkəz yaradılmalıdır. Hansı ki bu, 20 ölkədə artıq var və 14-ündə yaranmaq üzrədir".