Azərbaycanda israfçılığın qarşısının alınması üçün sağlam qidalanma təşviq ediləcək.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, hesabat ilində israfçılığın qarşısının alınması istiqamətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-Türkiyə Tərəfdaşlıq Proqramı tərəfindən maliyyələşdiriləm layihə həyata keçirilib. Layihə çərçivəsində itki və tullantılara məruz qalan kənd təsərrüfatı məhsulları üzrə dəyər zəncirinin qiymətləndirilməsi aparılıb və hesabatlar hazırlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün 2030-cu ilə qədər ərzaq tullantılarının və qida təchizatı zənciri boyu ərzaq itkilərinin azaldılmasını nəzərdə tutan “Ərzaq İtkisi və Tullantılarının qarşısının Alınması, Azaldılması və Monitorinqi üzrə Azərbaycan Milli Strategiyasına dair Çərçivə Sənədi (Strategiya)” hazırlanıb.
Qida israfçılığının qarşısının alınmasında effektiv tədbirlərdən biri kimi sağlam qidalanmanın təşviqi və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması hesab olunur.