Azərbaycanda istehsal olunan dərmanların siyahısı hazırlanacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını 3 ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.