Bank Of Baku

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
# 24 yanvar 2024 15:09 (UTC +04:00)

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, Azərbaycanda İİV-ə yoluxma halı ilk dəfə 1987-ci ildə qeydə alınıb.

Onun sözlərinə görə, 2023-cü ilin sonuna olan nəticəyə görə, respublika üzrə qeydiyyatda olan İİV xəstələrinin sayı 9 258 nəfərdir: “Bunlardan 69.5%-i kişilər, 30.5%-i isə qadınlardır”.

O deyib ki, dünyada İİV-lə müabrizə aparılmasına baxmayaraq, yayılma davam etməkdədir: “Azərbaycan digər region ölkələri ilə müqayisədə İİV-in yayılmasına görə ən aşağı göstərici olan ölkələr sırasındadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR