Xankəndiyə yaxınlaşanda qürur hissi keçirdim.
Bunu APA-ya açıqlamasında ötən gecə Laçın-Xankəndi yolunda səhhəti pisləşən erməni sakinləri Xankəndiyə aparan Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü Elşən İsmayılov deyib.
Elşən İsmayılov bildirib ki, ermənilər Azərbaycana məxsus təcilli tibbi yardım avtomobilini görəndə təəccübləniblər: “Onlar olan posta çatanda bizə təəccüblə baxırdılar. Xəstələri Xankəndi xəstəxanasına çatdırdıq. Xankəndiyə, öz torpağıma getdiyim üçün çox xoşbəxt idim”.
Qeyd edək ki, ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib. RSK hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər.
Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.