"Rusiya sülhməramlılarının komandanlığı ilə danışıqlar aparılsa da, qarşı tərəfdən müsbət cavab almamışıq. Artıq bir həftədir, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndələri və könüllüləri buradadır".
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə deyib.
O, bildirib ki, AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb, hazırda qarşı tərəfin cavabını gözləyirlər: "Müsbət cavab verildiyi halda, biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ehtiyacların onlara çatdırılmasına köməklik edəcəyik”.
Emin Babayev