Bank Of Baku

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi yoluna işıq çəkilib - FOTO - YENİLƏNİB

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi yoluna işıq çəkilib - FOTO  - YENİLƏNİB
# 01 sentyabr 2023 22:42 (UTC +04:00)

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.

Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq "Ağdam-2" yarımstansiyasından çəkilib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir.

Emin Babayev

***

Saat 14:55

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. 110/35/10 Kv-luq elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilir.

Xəttin "Ağdam-2" yarımstansiyasından çəkildiyi bildirilir.

Yola ümumilikdə 34 işıq dirəyi basdırılacaq, artıq 20 ədədi basdırılıb. İşlərin günün sonuna kimi yekunlaşması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR