Bank Of Baku

AzTU-nun dosenti vəfat edib

AzTU-nun dosenti vəfat edib
# 06 sentyabr 2023 15:00 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə APA-ya universitetdən xəbər verilib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

Nigar Zeynalova çoxsaylı metodik vəsait və fənn proqramının müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR