Bank Of Baku

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verilib

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verilib
# 31 iyul 2023 11:00 (UTC +04:00)

Bu gün saat 11:00-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR