Bank Of Baku

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb
# 17 mart 2026 21:34 (UTC +04:00)

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər və zərbə dronu ABŞ-ın Bağdaddakı səfirliyinə yönəldilib, ərazidə siqnallar işə düşüb və partlayış səsləri eşidilib.

Qeyd olunur ki, azı üç dron Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə də hücum edib, nəticədə C-RAM hava hücumundan müdafiə sistemi işə düşüb.

Hadisə nəticəsində itki və dağıntılar barədə hələlik məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR