Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV əməkdaşları iştirak edib.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra BŞTİ-nin 2021-2022-ci tədris ilindəki fəaliyyətindən bəhs edən “Yeni dövr, yeni çağırışlar” adlı videoçarx nümayiş olunub.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan İdarə müdiri postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdən irəli gələn yeni çağırışlarla yadda qalan 2021-2022-ci tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.
M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.
İdarə müdiri yeni dərs ilində ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi işində təhsil işçilərinə uğurlar arzulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.
Nazir ölkə Prezidentinin təhsilə olan qayğısından danışıb, sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib.
Daha sonra Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, təhsilverənlərin sertifikasiya imtahanından maksimum bal toplayan, 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Mehdiyeva, Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin məzunu Cəlil Cabbarlı, bu il ali məktəblərə qəbul imtahanında pedaqoji ixtisas üzrə yüksək nəticə göstərən, paytaxtdakı 262 nömrəli tam orta məktəbin məzunu Sürəyya Quliyeva, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin məzunu və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Mehrac Quliyev çıxış ediblər.
Konfrans şagirdlərin ifasında “Gənclik himni” ilə başa çatıb.
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib - VİDEO
Sosial
Kiyev Yunanıstandan "Patriot" sistemləri və 200-ə qədər raket istəyir
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
ƏƏSMN: Ucuz mənzillər hələ də satışdadır
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib
Xəbər Lenti
Ukrayna ordusu Tambov vilayətində logistika mərkəzinə dron zərbəsi endirib, 7 nəfər ölüb
BDYPİ sürücülərə müraciət edib
Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 26 nəfər xəsarət alıb - FOTO
Türkiyədə 5 maqnitudalı zəlzələ baş verib
BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir
Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Küveyt İranın raket və PUA hücumlarını dəf etdiyini açıqlayıb
SEPAH Küveyt və İordaniyadakı ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb
KİV: İran Səudiyyə Ərəbistanındakı ABŞ bazasına ballistik raket atıb
ABŞ İrana qarşı növbəti zərbə seriyasını başa çatdırıb - YENİLƏNİB
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır
ABŞ İranın Buşehr və Xuzistan vilayətlərinə zərbələr endirib
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələsini bloklayıb
Polşada ukraynalı qaçqınlara münasibət mənfi istiqamətdə dəyişib
ABŞ-ın İranın cənubuna zərbələri nəticəsində üç nəfər ölüb
Kiyev Yunanıstandan "Patriot" sistemləri və 200-ə qədər raket istəyir
Ukrayna Ordusunun istifadəsinə yeni "Siklop" dron-tutucusu verilib
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Yunanıstan Ukraynaya "Crotale NG" və "Sea Sparrow" raketləri göndərib
Gəncədə avtomobil rabitə dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb
ABŞ Çin mallarına tətbiq olunan rüsumları dəyişməyəcək
Tramp Kanadanı meşə yanğınlarına görə rüsumları artırmaqla hədələyib
İranın bir neçə şəhərində ardıcıl partlayışlar baş verib, Əhvaz raket zərbəsinə məruz qalıb
ABŞ İranın dəniz blokadası çərçivəsində daha dörd gəmini marşrutunu dəyişməyə məcbur edib
İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb
İranın cənubunda üç partlayış baş verib
Pentaqon İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərin sayını açıqlayıb
Ərbildə ABŞ konsulluğu yaxınlığında dörd PUA vurulub
Meksikada 7,4 ballıq zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb - YENİLƏNİB
İranın Ali Rəhbərinin müşaviri: ABŞ zərbələri dayandırmasa, hücum əməliyyatlarına keçəcəyik
"Cicero": Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir
İran Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən gəmiyə zərbə endirib
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq
Merz: Çinlə yeni ticarət münaqişəsi istəmirik
ABŞ Çabahar limanındakı müşahidə qülləsini məhv edib
KİV: ABŞ İsrailə onlarla yanacaqdolduran hərbi təyyarə göndərir
Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul olunub
KASKO üzrə 120 min manata yaxın pul ödənilib
ABŞ İranın Xark adasında neft tankerinə raket zərbəsi endirib
Sırski: Rusiya Ukraynanın şimalında "bufer zona" yaratmaq niyyətindədir
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır
KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar