Bakıda təhsildən kənar qalan 121 şagird fərdi təhsilə cəlb edilib.
APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alıb, 179 nəfər eksternat imtahanlarında uğur qazanıb: "151 məktəbdə keyfiyyət monitorinqi aparılıb, 116 məktəbə hesabat göndərilib və 70 məktəbdə inkişaf planları hazırlanıb".