Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanılın.
APA xəbər verir ki, bu barədə DİN Məlumat yayıb.
Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
Saat 00:00
İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.