Bank Of Baku

Bakıda hər birində bir sinfin yüz faizlik nəticə göstərdiyi məktəblər açıqlanıb

Bakıda hər birində bir sinfin yüz faizlik nəticə göstərdiyi məktəblər açıqlanıb
# 02 sentyabr 2023 18:02 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.

İdarədən APA-ya verilən xəbərə görə, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, və 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar.

Bundan əlavə, 287 nömrəli "Zəkalar" liseyinin isə 5 sinfi yüz faiz nəticə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR