Bank Of Baku

Bakıda marketin seyfindən oğurluq olub

Bakıda marketin seyfindən oğurluq olub
# 19 iyul 2023 11:04 (UTC +04:00)

İyulun 18-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən 732 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 26 yaşlı Pünhan Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR