Bank Of Baku

Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb
# 11 sentyabr 2023 10:36 (UTC +04:00)

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb:

"Məktəblərimiz yeni tədris ilinə hazırdır".

Mehriban Vəliyeva qeyd edib ki, yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq.

İdarə müdiri həmçinin qeyd edib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb:

“Eyni zamanda, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Düşünürük ki, bu il istiliklə bağlı problemimiz olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR