Bank Of Baku

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfərin meyiti aşkar edilib

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfərin meyiti aşkar edilib
# 06 iyul 2023 09:32 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan bir otaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR