Bank Of Baku

Baş prokuror hüquq fakültəsi tələbələrinin müdafiəsində iştirak edib

Baş prokuror hüquq fakültəsi tələbələrinin müdafiəsində iştirak edib
# 25 iyun 2023 15:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə qurumun inzibati binasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təqdim edilmiş buraxılış işlərinin əksəriyyəti yüksək qiymətləndirilib və tələbələrin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.

Müdafiə prosesində Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri, Baş prokuror, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevlə yanaşı, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, komissiyanın sədr müavini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, kafedra müdirləri və Hüquq klinikasının rəhbəri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR