Bank Of Baku

Baş Prokurorluq Şəmkirdə konfrans keçirəcək

Baş Prokurorluq Şəmkirdə konfrans keçirəcək
# 21 avqust 2023 11:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən avqustun 25-də Şəmkir şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, konfransda, Baş Prokurorluğun məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.
Konfrans çərçivəsində Şəmkir rayon prokurorluğunun inzibati binasında “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR