"Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış soyqırım və deportasiya ilə bağlı cinayət işi başlanıb".
APA xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
O bildirib ki, mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülüməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdıırlması kimi cinayət faktlarının hazırda istintaqı davam etdirilir:
"Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir”, - deyə o əlavə edib.