Bank Of Baku

“Baxıcı-dayə xidmətinin təşkili” layihəsinə başlanıb

“Baxıcı-dayə xidmətinin təşkili” layihəsinə başlanıb
# 06 iyul 2023 09:55 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Baxıcı-dayə xidmətinin təşkili” layihəsinə başlanıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ahıl və əlilliyi olan şəxslərə sosial xidmətlər göstərən əməkdaşlar peşəkar bilik və bacarıqlarının artırılması üçün bu layihə üzrə təlimlərə cəlb olunacaq. Təlimlər iyul ayı ərzində davam edəcək.

Layihə ahıllar və əlilliyi olan şəxslərin keyfiyyətli sosial xidmətlərlə təminatına, eyni zamanda əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR