Bank Of Baku

BDU-da “Məzun günü” keçirilib - FOTO

BDU-da “Məzun günü” keçirilib - FOTO
# 23 iyun 2023 19:54 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” tədbiri keçirilib.

APA xəbər verir ki, Milli Gimnastika Arenasında məzun, müəllim heyəti və qonaqların iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev xatırladıb ki, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı olan və zəngin tarixə malik Bakı Dövlət Universitetinin məzunları sırasında elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayıb: "Bu gün isə Universitetimizdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir".

Daha sonra çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov məzunlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bakı Dövlət Universitetini müvəffəqiyyətlə bitirən 33 tələbəyə sertifikatlar təqdim olunub.

Tədbirdə eyni anda Məzun Günü keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı yaradıblar. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU rektoru Vilayət Vəliyev 3 universitetin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR