Bank Of Baku

Berlində Fələstinə dəstək nümayişində 60-a yaxın şəxs saxlanılıb

Berlində Fələstinə dəstək nümayişində 60-a yaxın şəxs saxlanılıb
# 05 noyabr 2023 05:19 (UTC +04:00)

Berlin polisi şənbə günü Almaniya paytaxtının mərkəzində Fələstini dəstəkləyən nümayiş zamanı 59 nəfəri saxlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Bild am Sonntag” qəzeti yazır.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişin qaydalarını pozduqlarına, o cümlədən antisemit xarakterli plakatlar qaldırdıqlarına görə fəalları saxlayıblar və onlardan bir neçəsi üsyana və nifrətin qızışdırılmasına səbəb olmaqda şübhəli bilinib.

Polisin hesablamalarına görə, şənbə günü keçirilən etiraz aksiyasında 8 min 500-ə yaxın insan iştirak edib.

Onlar əllərində Fələstin bayraqları, Fələstini dəstəkləyən ənənəvi yazılar olan plakatlar və bannerlər tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR