"Gəncələrimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına doktorantura üzrə təhsil alırlar. Lakin onlarda təhsil birpilləlidir. Həmin şəxslər qayıdıb gəldikdən sonra onlara deyirik ki, elmlər doktoru olmaq üçün də oxumaq lazımdır, yoxsa biz sizi alim kimi qəbul edə bilmərik".
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
"Bizdə ali təhsil müəssisəsini bitirmiş şəxs xarici ölkədə işə qəbul ediləndə ondan fəlsəfə doktorluğu diplomu tələb edilmir. Hesab edirəm ki, elmlər doktorluğu üçün ayrılan vəsaitə yenidən baxılmalıdır", - o qeyd edib.