Bank Of Baku

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
# 11 avqust 2023 18:56 (UTC +04:00)

"Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Əbülfət İbrahim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Əbülfət Ələkbərovun təkrar törədilməklə qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Avqustun 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Ukraynadan ölkəmizə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR