Bank Of Baku

Beynəlxalq Maarif Məktəbinin direktoru: “Növbəti ildə 1000 nəfərlik daha bir layihəmiz var”

Beynəlxalq Maarif Məktəbinin direktoru: “Növbəti ildə 1000 nəfərlik daha bir layihəmiz var”
# 29 avqust 2022 12:20 (UTC +04:00)

“Azərbaycanın digər bölgələrində də yeni Beynəlxalq Maarif Məktəblərinin açılması istiqamətində ölkə təmsilçimiz müzakirələr aparır. Müxtəlif rayonlarla bağlı araşdırmalar var. Zamanı gəldikcə yeni açılışlarımız olacaq”.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Maarif Məktəbinin direktoru Ərtoğrul Toy bildirib. Onun sözlərinə görə, növbəti ildə 1000 nəfərlik daha bir məktəb layihəsi var:

“Dünyanın müxtəlif yerlərində yataqxanaları olan məktəblərimiz var. Burada ilk açacağımız məktəblərdə yataqxana nəzərdə tutulmur. Lakin gələcəkdə yataqxana tələbi olsa, buna müvafiq addımlar atacağıq.

Maarif Vəqfinin prinsiplərinə əsasən, açılan məktəblərdə sadəcə direktorlar və türk dili müəllimləri Türkiyədən gəlir. Lakin biz Azərbaycanda türk dili müəllimi də daxil olmaqla hamısını yerli kadrlarla təmin etmişik. Lakin çox çətinliklə seçim etmişik. 2000-ə yaxın namizəd müraciət etmişdi. Bundan sonra açacağımız məktəblərdə də müəllimlər azərbaycanlı olacaq”.

Məktəb direktoru Beynəlxalq Maarif Məktəblərinə şagird qəbulunda şəhid və qazi övladları üçün güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Hər şey üçün şəhid və qazilərimizə borcluyuq. Şagirdlərimizin müəyyən hissəsini həmin şəxslərin övladları təşkil edəcək. Əlimizdən gəldiyi qədər onları məktəbə qəbul edəcəyik".

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR