Bank Of Baku

Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb - FOTO - VİDEO

Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb - FOTO  - VİDEO
# 13 sentyabr 2023 14:31 (UTC +04:00)

Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb.

Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev APA-ya deyib ki, mütəxəssislər əraziyə baxış keçirib və stabil vəziyyət qeydə alınıb.

“Orada qurulmuş istinad divarında da hansısa deformasiya və ya dəyişiklik müşahidə edilməyib”, - o qeyd edib.

Xatırladaq ki, Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov mediaya açıqlamasında bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:

"Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir. Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR