Bank Of Baku

Bir qrup müəllim beynəlxalq sertifikatla təltif edilib - FOTO

Bir qrup müəllim beynəlxalq sertifikatla təltif edilib - FOTO
# 15 sentyabr 2023 12:55 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbinin müəllimlərinə Cambridge CELTA Sertifikatları təqdim olunub.

APA xəbər verir ki, sentyabrın 14-də Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Cambridge Assessment English təşkilatı ilə birgə 2023-cü ilin iyul ayında təşkil etdiyi CELTA kursunu uğurla tamamlayan Avropa Azərbaycan Məktəbinin müəllimlərinə Cambridge beynəlxalq Sertifikatları təqdim edilib.

Tədbirdə bildirilib ki, təlim proqramı Cambridge Assessment English ixtisaslaşmış mütəxəssisləri Qari Nikson, Ganna Basarab və Marina Hayduçenko tərəfindən keçirilib.

CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Cambridge English-də özünəməxsus statusa malik, dünya miqyasında istənilən və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır. CELTA proqramı müəllimləri öyrənənləri və öyrədənləri anlamada yönləndirən və tədris və öyrənmə kontekstini rəhbər tutan; dil təhlili və məlumatlandırılması; dil bilikləri: dinləmə, danışma və yazma; müxtəlif tədris kontekstləri üçün planlaşdırma və resurslar, tədrisdə bacarıq və peşəkarlığı inkişaf etdirən 120 saatlıq təlim kursudur.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin rəhbəri Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik edib və onlara gələcək peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayıb. O bildirib ki, bu kimi kurslar vasitəsilə müəllimlər özlərini inkişaf etdirir, daha sonra əldə etdikləri bilik və bacarıqları məktəbdə tədris zamanı istifadə edirlər.

Sertifikatla təltif olunan müəllim Kəmalə Orucova bildirib ki, kurs müddətində tədris dili ingilis dili olmayan şagirdlərə bu dili tədris etməyin yollarını öyrəniblər:

“Kurs müddətində eyni zamanda praktik dərslər keçmək imkanımız da oldu. Hər birimiz dərs planının hazırlanması ilə yanaşı açıq dərslər verərək bir ay müddətində kifayət qədər təcrübə qazandıq”.

Qeyd edək ki, gələcəkdə CELTA təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə e-mail - [email protected] və ya 012 599 1967 və 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR